Lavrovla Avazyan nədən danışdılar? - XİN açıqladı

Lavrovla Avazyan nədən danışdılar? -   XİN açıqladı
  31 Dekabr 2020    Oxunub:1202
Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ara Ayvazyan çərşənbə günü telefonla ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub. Tərəflər əməkdaşlığın yüksək intensivliyinin qorunub-saxlanılacağını təsdiqləyiblər.

"Son bir ildə Rusiya-Ermənistan müttəfiqlliyinin qarşılıqlı fəaliyyətinin yüksək intensivliyi məmnunluqla qeyd edilib və 2021-ci ildə bu cür dinamikanı davam etdirmək üçün qarşılıqlı niyyət təsdiqlənib", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Rusiya   Lavrov  





Xəbər lenti