Koronavirusa yoluxanların sayı 83 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 83 milyonu keçdi
  31 Dekabr 2020    Oxunub:1161
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 83 milyon 69 min 659 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 812 min 188 nəfərdir. İndiyədək 58 milyon 868 min 485 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, ötən sutka ərzində 563 983 nəfər koronavirusa yoluxub, 11 784 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti