Almaniyada COVID-19-dan ölüm sayı 33 mini keçib

Almaniyada COVID-19-dan ölüm sayı 33 mini keçib
  31 Dekabr 2020    Oxunub:1397
Almaniyada bir gündə koronavirusa 32 552 yoluxma aşkarlanıb, 964 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat açıqlayıb.

Qeyd edilib ki, Almaniyada virusa yoluxanların ümumi sayı 1 719 737-yə çatıb. İndiyədək koronavirusdan 33 071 nəfər ölüb, 1,3 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus   Almaniya  





Xəbər lenti