Kolumbiya 9 milyon dozalıq vaksin alır

Kolumbiya 9 milyon dozalıq vaksin alır
  31 Dekabr 2020    Oxunub:910
Kolumbiya hakimiyyəti “Johnson & Johnson” şirkətinin Belçikadakı filialı “Janssen” ilə 9 milyon doza koronavirus peyvəndini tədarük etmək üçün razılaşma imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkə Prezidenti İvan Duke bildirib.

"Janssen əczaçılıq şirkəti ilə doqquz milyon vətəndaş üçün doqquz milyon doza peyvənd alınmasına dair müqavilə imzalandı", - Prezident deyib.

Dekabrın əvvəlində Duke, Pfizer və AstraZeneca ilə 20 milyon doza koronavirus peyvəndi tədarük etmək üçün müqavilələr imzaladığını elan etmişdi. Onun sözlərinə görə, eyni miqdar COVAX mexanizmi vasitəsi ilə alınacaq.

Prezident, həmçinin COVID-19-a qarşı kütləvi vaksinasiyanın fevral ayına qədər başlayacağını, yaxın həftələrdə sınaqlara start veriləcəyini qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kolumbiya   Peyvənd  





Xəbər lenti