“Türkiyə hər zaman bizim yanımızda olub” - Zakir Həsənov

“Türkiyə hər zaman bizim yanımızda olub” -  Zakir Həsənov
  31 Dekabr 2020    Oxunub:1354
"Bu gün qardaşlarımızı ölkəmizdə görməkdən çox xoşbəxtəm".

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birgə Bakıda iştirak etdiyi hərbi mərasimdə deyib.
Türkiyə ilə Azərbaycan arasında tarixi birlik və həmrəylik bağlarının olduğunu bildirən Z.Həsənov "Türkiyə hər zaman bizim yanımızda olub. Türkiyə Prezidenti, Müdafiə naziri və digər rəsmilər hər zaman Azərbaycana dəstək nümayiş etdiriblər”, - deyib.

Türkiyənin böyük dəstəyinə görə bir daha təşəkkür edən nazir Azadlıq Meydanındakı Zəfər paradında Türkiyə Silahlı Qüvvələrinin və Azərbaycanın Ordu heyətinin çiyin-çiyinə keçidini xatırladıb:

"O tarixi gündə Azərbaycanın bütün şəhərləri Türkiyə və Azərbaycan bayraqlarına bürünmüşdü”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ZakirHəsənov  





Xəbər lenti