“Birgə Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək” - Hulusi Akar

 “Birgə Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək” -  Hulusi Akar
  31 Dekabr 2020    Oxunub:1273
Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində vəzifələrini yerinə yetirmək üçün hərbçilərimiz burada hazırdırlar.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıda hərbi mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, minaların tapılması, zərərsizləşdirilməsi, onların günahsız insanlara zərər verməməsi üçün də hər cür səy göstəriblər.

“Bu məsələdə Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələri bir yumruğa çevrildi. Bu məsələni həll etmək üçün işimizi davam etdiririk. Çünki millətimiz nəcib, ədalətli, insani dəyərlərə, ətraf mühitə və günahsız insanlara qarşı çox həssasdır. Biz yalnız terrorçularla və ya əsgər əsgərə qarşı vuruşuruq. Biz o xainlər və alçaqlar kimi - Azərbaycan şəhərlərinə raket atanlar, Xocalıda qırğın törədənlər kimi deyilik. Bölgəni ən qısa müddətdə təhlükəsiz vəziyyətə gətirmək və bütün insanların rahat və sülh içində Azərbaycan dövlətinin qanunları çərçivəsində yaşamaları üçün səylərimizi davam etdirdik.

Birgə Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və türk-rus əsgərləri birlikdə çalışaraq azərbaycanlı qardaşlarımızın hüquqlarını, haqqını sona qədər müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti