Erməni general KTMT-dəki vəzifəsindən azad edildi

Erməni general KTMT-dəki vəzifəsindən azad edildi
  31 Dekabr 2020    Oxunub:982
Ermənistan prezidenti Armen Sarkisyan general-leytenant Aykaz Baqmanyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş qərargah rəisinin müavini vəzifəsindən azad edib.
Azvision.az xəbər verir ki, bununla bağlı müvafiq fərman Ermənistan prezidentinin saytında yerləşdirilib.

O, baş nazirin təklifi əsasında Baqmanyanı vəzifəsindən azad edib.

Qeyd edək ki, erməni general 2018-ci ilin martında bu vəzifəyə təyin edilib. Daha əvvəl isə Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin müavini vəzifəsini tutub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   General   KTMT  





Xəbər lenti