Vətən Müharibəsi Qəhrəmanlarına Prezident təqaüdü veriləcək
Fərmana əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 2000 (iki min) manat müəyyənləşib.
Müəyyən edilib ki, təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:
- ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir:
- dul arvadına (ərinə), valideynlərinə;
- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;
- dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. 83 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident







Vaxtında, Aydın, Lazımlı!


