Hulusi Akardan Azərbaycana növbəti dəstək

 Hulusi Akardan Azərbaycana növbəti dəstək
  31 Dekabr 2020    Oxunub:998
Yaxın tariximizin və 2020-ci ilin ən mühüm siyasi və hərbi hadisələrindən biri azərbaycanlı qardaşlarımızın 30 ilə yaxın işğalda olan torpaqlarını 44 gün davam edən, lakin 44 ildən sonra da müzakirə ediləcək "Bir Vətən hərəkatı" ilə Ermənistanın işğalından azad etməsidir.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Yeni il münasibətilə ünvanladığı müraciətdə deyilir.

Akar qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərini azad edərək şanlı qələbə ilə nəticələnən haqlı mübarizəsinə millətcə verdiyimiz dəstəyin mühüm töhfəsi oldu.

"Türkiyə, Azərbaycan və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq, barış və sabitlik naminə qurulan Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması üçün koordinasiya davam etməkdədir.

Türkiyə və Azərbaycan "iki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bərabərdir. Türkiyə bu günədək olduğu kimi bundan sonra da bütün imkanlarıyla azərbaycanlı qardaşlarımızın yanında olacaq.

Şanlı ordumuz BMT, NATO, ATƏT və ikitərəfli müqavilələr çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir çox coğrafiyada dünya və regional barışa töhfəni təmin etmək üçün üstün səylə işləyir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti