“Bu il Azərbaycan üçün taleyüklü il oldu” - Aİ səfiri

“Bu il Azərbaycan üçün taleyüklü il oldu” -  Aİ səfiri
  31 Dekabr 2020    Oxunub:1056
2020-ci il həyatımıza gətirdiyi bir çox dəyişikliklər və çətinliklərlə yadda qalacaq. Bu il həm də bütün dünyada COVID-19 ilə mübarizədə həmrəylik və dəstək ili oldu.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan xalqına bayram müraciətində deyib.

O bildirib ki, bu mübarizəyə Aİ-nin “Team Europe” təşəbbüsünə qoşularaq Azərbaycan və Şərq Tərəfdaşlığının digər üzv ölkələrinə pandemiyaya qarşı dəstək verməsindən məmnunam.

"Bu il həm də Azərbaycan üçün taleyüklü bir il oldu. Azərbaycan xalqına, xüsusilə də COVID-19 ilə mübarizədə və Qarabağ müharibəsində yaxınlarını, doğmalarını itirənlərə başsağlığı verirəm. 2020-ci il həm də hamımıza əlimizdəkilərin dəyərini bilməyi öyrətdi. Hamınıza cansağlığı, hərəkət sərbəstliyi və başınızın üstündə dinc səma arzulayıram!, Yeni iliniz və Həmrəylik Gününüz mübarək”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KestutisYankauskas  





Xəbər lenti