“Ermənistan polisi Qarabağda böyük itkilər verib” - Kazaryan

 “Ermənistan polisi Qarabağda böyük itkilər verib” -   Kazaryan
  31 Dekabr 2020    Oxunub:1536
Ermənistan polisinin rəhbəri Vaqe Kazaryan Qarabağda verilən itkilərdən danışıb.
Azvision.az xəbər verir ki, o, İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda polis əməkdaşının öldürüldüyünü etiraf edib.

“2020-ci il çətin il oldu. Bu il ölkəmizə və vətəndaşlarımıza baha başa gəldi. Ermənistan polisi böyük itkilər verdi. Döyüşlərdə onlarla həmkarımız öldü. Yeni ildə ölkəmizə sülh və əmin-amanlıq arzu edirəm, polislərə isə uğurlar, layiqli xidmət diləyirəm”, - deyə Kazaryan bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan-polisi   İtki   Kazaryan  





Xəbər lenti