Moldovanın XİN rəhbəri müvəqqəti Baş nazir təyin edildi

Moldovanın XİN rəhbəri müvəqqəti Baş nazir təyin edildi
  31 Dekabr 2020    Oxunub:1174
Moldova Prezidenti Maya Sandu Xarici İşlər naziri Aureliu Çokonı müvəqqəti Baş nazir vəzifəsinə təyin edib.
Azvision.az xəbər verir ki, bu barədə Sandu “Facebook” səhifəsində yazıb.

“Bu gün Xarici İşlər naziri Aureliu Çokonın müvəqqəti Baş nazir vəzifəsinə təyin edilməsi barədə sərəncam imzaladım”, - deyə o, bildirib.

Yerli qanunvericiliyə görə, Prezident mövcud hökumətin nazirləri arasından müvəqqəti baş nazir təyin edə bilər.

Xatırladaq ki, Moldovanın Baş naziri İon Kiku ölkədə erkən seçki keçirilə bilməsi üçün ötən həftə istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moldova  



Xəbər lenti