“Hər addımda azərbaycanlı qardaşlarımızın yanındayıq” - Ərdoğan

 “Hər addımda azərbaycanlı qardaşlarımızın yanındayıq” -  Ərdoğan
  31 Dekabr 2020    Oxunub:1145
Dağlıq Qarabağda qazanılan qələbə 2020-ci ilin sevindirici hadisələri sırasındadır.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni il münasibətilə videomüraciətində deyib.

"Ölkəmizin maddi və mənəvi dəstəyi sayəsində Dağlıq Qarabağ və işğal olunmuş Azərbaycan əraziləri 30 ildən sonra azadlığa qovuşdu. Türkiyə olaraq Qarabağdakı prosesləri yaxından izləyir, atdığı hər addımda azərbaycanlı qardaşlarımızın yanında yer alırıq.

Bir daha azərbaycanlı şəhidləri rəhmətlə yad edirəm. Dağlıq Qarabağ zəfərinin Türk dünyasına və bütün Azərbaycan türklərinə xeyirli olmasını diləyirəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   Ərdoğan   Türkiyə  



Xəbər lenti