Türkiyədə COVID-19-dan ölüm sayı azalır

Türkiyədə COVID-19-dan ölüm sayı azalır
  01 Yanvar 2021    Oxunub:1094
Türkiyədə son sutka ərzində daha 239 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 14 380 yeni yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 20 881, virusa yoluxanlar isə 2 208 652 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 100 650 pasiyent (son sutkada 22 021 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti