Britaniyada rekord sayda yoluxma qeydə alınıb

Britaniyada rekord sayda yoluxma qeydə alınıb
  01 Yanvar 2021    Oxunub:654
Böyük Britaniyada son sutka ərzində 55,9 min nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, bu, pandemiya dövründə qeydə alınan rekord göstəricidir.

Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2,5 milyon nəfərə çatıb. Ötən 24 saatda daha 964 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 73,5 minə yüksəlib.

Azvision.az


Teqlər:





Xəbər lenti