Yeni il gecəsi 15 ilin ən soyuq günü oldu

Yeni il gecəsi 15 ilin ən soyuq günü oldu
  01 Yanvar 2021    Oxunub:1224
Hindistanın paytaxtı Dehlidə Yeni il gecəsi qatı duman və rekord dərəcədə soyuq qeydə alınıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu, 8 yanvar 2006-cı ildən sonra Dehlidə ən aşağı temperaturdur.

"Minimum temperatur müsbət 1,1 dərəcə olub. Bu da son 15 ilin ən soyuq göstəricisidir", - məlumatda deyilir.

Meteoroloqlar havanın temperaturunun 2 yanvar tarixindən etibarən artmağa başlayacağını bildiriblər.

Ümumiyyətlə, Dehlidə yanvar ayının ortalama temperaturu müsbət 13 dərəcə olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  



Xəbər lenti