Portuqaliyanın Aİ Şurasında sədrliyi başlayıb
Bu, Portuqaliyanın Aİ Şurasında dördüncü sədrliyidir. Sədrlik rotasiya qaydasında həyata keçirilir.
Bundan əvvəl, ölkənin Baş naziri Antonio Kosta Portuqaliyanın sədrliyi üçün üç əsas prioritetini açıqlayıb: "Bunlar iqtisadi dirçəliş, sosial dayaqların gücləndirilməsi və dünyaya daha açıq olan müstəqil bir Avropanın yaradılmasıdır".
Qeyd edək ki, yanvarın 5-də Aİ Şurasının rəhbəri Şarl Mişelin Lissabona səfəri gözlənilir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Avropaİttifaqı







Vaxtında, Aydın, Lazımlı!


