Avrasiya İqtisadi İttifaqına sədrlik Qazaxıstana keçdi

Avrasiya İqtisadi İttifaqına sədrlik Qazaxıstana keçdi
  01 Yanvar 2021    Oxunub:1257
1 yanvar 2021-ci ildən etibarən Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik Belarusdan Qazaxıstana keçib.
Azvision.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin sədrlik prioritetləri kimi ittifaq çərçivəsində razılaşmaların tam həyata keçirilməsi, maneələrin aradan qaldırılması və qarşılıqlı faydalı kooperativ və beynəlxalq əməkdaşlığın inkişafını vurğulayıb.

Xatırladaq ki, Aİİ 2015-ci ildə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin hərəkət azadlığını və koordinasiyalı iqtisadi siyasətin həyata keçirilməsini təmin edən beynəlxalq bir təşkilat kimi yaradılıb.

İttifaqın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstandır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan  



Xəbər lenti