ABŞ İrana görə BMT-yə qarşı çıxdı

 ABŞ İrana görə BMT-yə qarşı çıxdı
  01 Yanvar 2021    Oxunub:1663
ABŞ BMT-ni antisemitizmi dəstəklədiyi və İrana qarşı sanksiyaların bərpasını rədd etdiyini əsas gətirərək təşkilatın 2021-ci il büdcəsinə qarşı səs verib.

Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, İsrail də 3,2 milyard dollarlıq büdcəyə qarşı çıxıb.

ABŞ-ın qurumdakı daimi nümayəndəsi Kelli Kraftın adından yayılan açıqlamada deyilir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq İrana qarşı əvvəllər qaldırılmış sanksiyaları geri qaytarmadığı üçün çox məyusdur.

Bundan əlavə, Amerika tərəfi BMT-nin Durban Bəyannaməsi (İrqçiliyə qarşı həsr olunub – red) ilə bağlı keçiriləcək tədbirin maliyyələşdirməsinə qarşı çıxıb. ABŞ və bir sıra digər ölkələr hesab edir ki, Bəyyanamə İsrail əleyhinədir.

Azvision.az


Teqlər: BMT   ABŞ  





Xəbər lenti