BMT-nin son 50 ildə ikinci ən böyük büdcəsi təsdiqləndi

 BMT-nin son 50 ildə ikinci ən böyük büdcəsi təsdiqləndi
  01 Yanvar 2021    Oxunub:1432
BMT Baş Assambleyası 2021-ci ilin büdcəsini təsdiqləyib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, bu il üçün büdcə 3,21 milyard dollar həcmindədir.

168 dövlət təşkilatın əsas maliyyə sənədini dəstəkləyib, yalnız ikisi - İsrail və ABŞ ona qarşı çıxıb. Təsdiqlənmiş büdcə BMT-nin son 50 ildə ikinci ən böyük büdcəsi olub.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft çıxışında sənədi kəskin tənqid edib. Onu İsrail əleyhinə nifrət, antisemitizm yayan sənəd adlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: büdcə  



Xəbər lenti