Ermənilər yeni ilə əsgər məzarları ilə girdilər - FOTO

 Ermənilər yeni ilə əsgər məzarları ilə girdilər -  FOTO
  01 Yanvar 2021    Oxunub:7768
Sosial şəbəkələrin erməni seqmentində ötən gün Yerablurda yenidən onlarla əsgər məzarının qazılmasını əks etdirən foto müzakirələrə səbəb olub.

Azvision.az xəbər verir ki, Ermənistanın tanınmış simaları ölkənin 2021-ci ilə yeni milli faciəni əks etdirən fotoyla qədəm qoyduğunu yazaraq təəssüfləniblər.
Əksər ermənilər hələ də yüzlərlə itkin hərbçini belə məzarlıqlar gözlədiyini yazırlar.

“Nə qədər ki, baş nazir kimi bütün bunlarda özünüzü günahkar saymayacaqsınız, idarə etdiyiniz ölkədə əsgərlər əlləri ilə səngərlər qazacaqlar, onların qəbirlərini isə ekskavatorlar qazacaq. Əgər şərəfiniz olsaydı, Yeni il müraciətinizdə istefa qərarınızı açıqlayardınız, 2021-ci ilə məğlubiyyət rəmzi kimi girməzdiniz”, - deyə ermənilər baş nazir Nikol Paşinyana etirazlarını bildiriblər.



Həmçinin deputat Naira Zöhrabyan da sosial şəbəkələrdə paylaşılan bu fotonu öz profilində yayaraq 31 dekabrın ermənilər üçün necə sonlandığını göstərib.

Qeyd edək ki, yeni məzarların fotosu yalnız Yerablurda lentə alınandır. Ermənilər ölkənin bir çox yerlərində yeni əsgər məzarlıqlarının yaradıldığını deyirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yerablur   Faciə   Erməni-məzarları  



Xəbər lenti