Yaponiya pilotsuz qırıcılar hazırlayacaq

Yaponiya pilotsuz qırıcılar hazırlayacaq
  01 Yanvar 2021    Oxunub:1217
Yaponiya Müdafiə Nazirliyi 2035-ci ilə qədər pilotsuz qırıcıların hazırlanmasını tamamlamağı və istifadəyə verməyi planlaşdırır.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin “Nikkei” qəzeti məlumat yayıb.

Bildirilir ki, qırıcıların pilot kabinəsinə ehtiyac yoxdur, buna görə də ölçülərini kiçiltmək olar.

Pilotsuz qırıcıların hazırlanması mərhələsində süni intellekt və məsafədən idarəetmə sahəsində döyüş maşını sistemlərinin işini təmin edəcək genişmiqyaslı araşdırmalar aparmaq lazımdır.

Bu cür tədqiqatlar üçün 2,7 milyard yen (təqribən 26,1 milyon dollar) ayırılacağı gözlənilir. Eyni zamanda uçuşların nəzarət texnologiyalarının inkişafı, idarəedilməsi “Subaru” korporasiyasına həvalə ediləcək.

Bundan əlavə, Müdafiə Nazirliyi Britaniya və ABŞ müəssisələrini fəaliyyətə cəlb etmək imkanlarını nəzərdən keçirir.

Tədqiqatın 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Bu istiqamətdə bütün işlər 2035-ci ilədək tamamlanacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya   Qırıcı   Təyyarə  



Xəbər lenti