Havayda günəşdən qoruyucu kremlərin satışı qadağan edildi
Beləliklə, 1 yanvar 2021-ci ildən etibarən Havay, tərkibində oksibenzon və oktinoksant kimi kimyəvi maddələr olan günəşdən qoruyucu kremlərin satışını qadağan edən ilk ştat oldu. Qanunda bu cür məhsulların həkim resepti əsasında satılmasına icazə verən yeganə istisna var.
Havay səlahiyyətliləri alimlərin araşdırmalarına istinadən bildiriblər ki, oksibenzon və oktinoksant okeanın ekosisteminin bir hissəsi olan və adalara çox sayda turisti cəlb edən mərcan rifləri üçün təhlükə yaradır. Belə ki, bu iki kimyəvi maddə mərcan riflərinin rəngini, onları yaradan orqanizmlərin DNT-sini dəyişdirir. Nəticədə canlı orqanizm ölür. Kimyəvi maddələr gənc mərcanlara xüsusilə tez təsir edir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


