Türkiyə Almaniya ilə birgə peyvənd istehsal edə bilər

Türkiyə Almaniya ilə birgə peyvənd istehsal edə bilər
  01 Yanvar 2021    Oxunub:1021
Türkiyəyə 3 milyon dozaya yaxın koronavirus əleyhinə peyvənd gətirilib, bunun davamı gələcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Almaniya ilə aparılan danışıqlar nəticəsində birgə peyvənd istehsalının mümkün olduğunu qeyd edib.

Bundan əlavə, Ərdoğan görülən tədbirlər sayəsində 2021-ci ilin çöküşün yaranmayacağı il olacağına ümid etdiyini söyləyib.

Azvision.az


Teqlər: Türkiyə   Peyvənd  





Xəbər lenti