Fransada küçə qiyamı: Yeni il gecəsi 60 maşın yandırıldı

  Fransada küçə qiyamı:  Yeni il gecəsi 60 maşın yandırıldı
  01 Yanvar 2021    Oxunub:1323
Yeni il gecəsi Strasburqda və Aşağı Reyn departamentinin digər şəhərlərində küçə qiyamları zamanı təxminən 60 avtomobil yandırılıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Gecə yarısından sonra Kronenburq, Myunziq, Savern və Ostvald kommunalarından maşınların yanması barədə xəbərlər gəlib. Daha sonra Selestat kommunasında vandalizm və od vurma hərəkətləri ilə bağlı məlumatlar daxil olub.

Ümumilikdə, jandarmalar və polis Strasburqda, eləcə də şəhərətrafı ərazilərdə bir gecədə 20 nəfəri saxlayıb.

Fransa Daxili İşlər Nazirliyi Yeni il ərəfəsində Fransa şəhərlərində təhlükəsizliyi təmin etmək üçün 100 min polis zabiti və jandarma göndərib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa  





Xəbər lenti