Pandemiya qurbanlarının sayı 1,8 milyonu ötdü

Pandemiya qurbanlarının sayı 1,8 milyonu ötdü
  02 Yanvar 2021    Oxunub:1062
Dünyada son sutka ərzində 470 min 46 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 81 milyon 947 min 503 nəfərə çatıb.

Son 24 saatda 9921 pasiyent koronavirusdan həyatını itirib. Bununla pandemiya qurbanlarının sayı 1 milyon 808 min 41 nəfərə yüksəlib.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti