COVID-19-a yoluxanların sayı 84 milyonu keçdi

 COVID-19-a yoluxanların sayı 84 milyonu keçdi
  02 Yanvar 2021    Oxunub:1077
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 84 milyon 379 min 389 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 835 min 306 nəfərdir. İndiyədək 59 milyon 639 min 633 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 470 min 46 nəfər yeni növ koronavirusa yoluxub, 9921 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti