Xankəndi ətrafında 923 partlayıcı aşkarlandı

 Xankəndi ətrafında 923 partlayıcı aşkarlandı
  02 Yanvar 2021    Oxunub:1242
Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mühəndis-istehkam qrupu ötən gün ərzində 4.3 hektar ərazini minalardan təmizləyib.
Azvision.az xəbər verir ki, bu barədə sülhməramlı kontingentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Xankəndi ətrafındakı ərazilədə 923 partlayıcı maddə aşkarlanıb.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 10-da Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul ediblər. Bəyanata əsasən Qarabağda Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Sülhməramlı  





Xəbər lenti