Trampın tərəfdarları mitinq keçirəcək

 Trampın tərəfdarları mitinq keçirəcək
  02 Yanvar 2021    Oxunub:1281
ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları konqresin seçki nəticələrini təsdiqləyəcəyi 6 yanvar tarixində paytaxtda mitinq təşkil etmək niyyətindədirlər.
Azvision.az xəbər verir ki, bu barədə aksiya təşkilatçıları bəyan ediblər.

“Demokratlar respublikaçıların səslərini etibarsız saymaq və ləğv etmək üçün planlar qurur. Amerika xalqı buna mane ola bilər. Ölkənin rifahı naminə Prezident Tramp ilə birlikdə bu seçkilərin toxunulmazlığını təmin etmək üçün lazım olan hər şeyi edəcəyik", - deyə təşkilatçıların saytında qeyd olunub.

30 dekabrda Tramp “Twitter” hesabında yazmışdı: "6 yanvar, Vaşinqtonda görüşərik".

Rəsmi məlumatlara görə, Cozef Bayden 306, Tramp 232 səs alıb. Tramp Baydenin qələbəsini tanımır. Konqres 6 yanvarda seçkilərin nəticələrini təsdiqləməlidir. Növbəti mərhələdə - 20 yanvarda Baydenin andiçmə mərasimi olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Mitinq  





Xəbər lenti