Qaçırılan avtobusun 15 sərnişini azad edildi

Qaçırılan avtobusun 15 sərnişini azad edildi
  02 Yanvar 2021    Oxunub:1613
Əfqanıstan polisi ölkənin Herat vilayətində silahlılar tərəfindən qaçırılan avtobusun sərnişinləri və sürücüsünü azad edib.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi polisin rəsmi nümayəndəsi Bəsir Rəsuliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ekstremistlər tərəfindən qaçırılan nəqliyyat vasitəsinin sürücüsü və bir uşaq daxil olmaqla 15 sərnişin sərbəst buraxılıb.

Hələlik “Taliban” hərəkatı və digər qruplar baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Bundan əvvəl yerli məmur Məhəmməd Omarzai, “Taliban”ın səhər saatlarında sərnişinlərlə dolu avtobusu ələ keçirdiyini və naməlum istiqamətdə qaçırdığını bildirmişdi. Onun sözlərinə görə, avtobusda 45 sərnişin olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti