Somalidəki terrorda ölən türklərin sayı artdı

 Somalidəki terrorda ölən türklərin sayı artdı
  02 Yanvar 2021    Oxunub:1988
Somalidə Türkiyəyə məxsus şirkətin işçilərinə qarşı terror hücumu zamanı yaralanmış daha bir şəxs dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində həyatını itirən Türkiyə vətəndaşlarının sayı 2-yə çatıb.

Nazir deyib ki, üçü Türkiyə vətəndaşı olmaqla, yaralanmış 14 nəfərin müalicəsi davam edir, onların həyati üçün təhlükə yoxdur.

“Hücumu şiddətlə qınayıram”, - deyə F.Koca vurğulayıb.

Xatırladaq ki, bu gün Somalidə Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinin işçilərinə qarşı terror hücumu olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: terrorhücumu  





Xəbər lenti