Marsda `Uçan boşqab` qeydə alınıb – FOTOLAR

Marsda `Uçan boşqab` qeydə alınıb  – FOTOLAR
  14 Fevral 2014    Oxunub:5059
NASA-nın Marsda olan "Curiosity" (Mars Science Laboratory Curiosity) robotu alimləri şoka salan şəkil göndərib. Fotoda aydın şəkildə göydə qəribə işıqlı konusu seçmək olur.

Qırmızı planetdə fotoya yaxalanan Naməlum Uçan Obyektin (NUO) nə olduğu barədə isə NASA alimləri hələ də tam bir fikirə gələ bilməyiblər.

NASA-nın rəsmi saytında yer alan şəkildə NUO açıq şəkildə görünür. Bu şəkil Robotun qabaq tərəfində olan 8 kameradan biri tərəfindən çəkilib. Bu kamera Robotun yer dəyişməsində və panoramaların çəkilməsi üçün istifadə olunur.

Hadisə 2014-cü ilin yanvarın 5-də baş verib (Robotun 504-cü Mars günündə). NUO düz robotun qarşısında peyda olur və tam 23:26:37 radəsində robotun qabağında olan kamera onu çəkir.

Şəklə saytda baxan həvəskarlar bunun yad planetli kosmik gəmi olduğunu və Mars ətrafında uçuşu zamanı çəkildiyini iddia edirlər. Özü də onların iddiasına görə, obyekt planetdən ayrılır. Bunun isbatı kimi isə obyektin aşağısında olan qığılcım quyruğu göstərilir. Deməli, obyekt planetdən ayrılıb yuxarı qalxırdı.

Alimləri də çaşdıran, qığılcım quyruğunun obyektin aşağısında olmasıdır. Belə ki, əyər naməlum obyekt meteor və ya hətta kometa belə olsaydı onun qığılcımı üst hissəsində olardı. Bu göydən düşən səma orqanları üçün daha qanunauyğundur.

Eyni kameranın bir az sonra, yəni 6 dəqiqə 29 saniyə keçdikdən sonra çəkdiyi şəkil obyektin hərəkətinin təsdiqi ola bilər. Çünki bu şəkildə artıq NUO yoxdur.

NASA mütəxəssisləri bu hadisəyə aydınlıq gətirmirlər. Halbu ki, bundan daha əvvəl baş verən eyni tip hadisə mütəxəssislər tərəfindən maraqlı açıqlamalarla dolu idi. 2004-cü ilin mart ayında Yer planetinin Marsdan şəkilini çəkmək niyyəti ilə “Spirit” robotu hərəkətdə olan naməlum işığı obyektivinə köçürür. Bu, anomaliyada göydə baş verir. Şəkildə obeyekt işıqlı bir xətt kimi düşür. Bu effekt kameranın sürətli hərəkətdə olan obyekti çəkdiyi vaxt baş verə bilər. Kameranın çəkim vaxtı obyekt müəyyən məsafəni qət edir və bu da obyektivə xətt şəklində düşür.

Lakin NASA mütəxəssislərinin bu şəkilə şərhi daha anomal olur. NUO onları o qədər çaşdırır ki, şəkilaltı şərhdə bunları qeyd edirlər: “Quş? Təyyarə? Yoxsa kosmik gəmi?”. Bundan sonra isə Spirit robotunun idarəetmə komandasının başçılarından biri Texas Universitetindən olan Mak Lemon isə daha sensasion açıqlama verir:

- Ola bilər ki, şəkildəki obyektin nə olduğun heç vaxt bilməyək. Bunun Marsdan ilk dəfə çəkilən meteorit və ya digər dünyalardan gələn kosmik gəmi olduğunu biz indi deyə bilmərik. Lakin bu sualın üzərində araşdırmalar aparılacaq.

Tapmacaya cavab isə hələ də gəlmədi. Lakin hadisədən bir il sonra elə həmin “Spirit” robotunun məhz meteorit şəkillərini göstərməklə isbat etmək olar ki, meteoridlər bu şəkildə olan obyekt kimi görünmür.

Buradan bir qənaətə gəlib, belə bir sual vermək olar. Bəlkə həqiqətən də insanların Marsda elmi araşdırmaları, bəzi radikal ufoloqların dediyi kimi yadplanetlilər tərəfindən güdülür?

Zöhrab İbrahimov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti