Britaniyada növbəti COVID-19 rekordu

Britaniyada növbəti COVID-19 rekordu
  03 Yanvar 2021    Oxunub:1191
Böyük Britaniyada son sutka ərzində 57 725 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bu, pandemiya dövründə Britaniyada qeydə alının rekord göstəricidir.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 599 789 nəfərə çatıb. Ötən 24 saatda daha 445 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 74 570-ə yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti