Türkiyə xüsusi təyinatlıları terrorçuları məhv etdi

Türkiyə xüsusi təyinatlıları terrorçuları məhv etdi
  03 Yanvar 2021    Oxunub:1472
Türkiyə xüsusi təyinatlıları "Barış pınarı" və "Fərat qalxanı" əməliyyatları bölgəsində üç YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik iki terrorçunun "Barış pınarı" əməliyyat zonasına girməyə cəhd etdiyini, digər birinin isə "Fərat qalxanı" zonasında yerləşən ərazilərə hücum hazırladığını qeyd edib. Hər üç terrorçu xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə   terror  



Xəbər lenti