İŞİD-in təhlükəli üzvü Ankarada saxlanıldı

İŞİD-in təhlükəli üzvü Ankarada saxlanıldı
  03 Yanvar 2021    Oxunub:1546
Türkiyənin təhlükəsizlik qüvvələri paytaxt Ankarada İŞİD terror təşkilatına qarşı xüsusi antiterror əməliyyatı keçirib.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İŞİD-in üzvü, partlayıcı maddələri avtomobillərə yerləşdirmək kimi təhlükəli işlər görən “İbrahim” ləqəbli terrorçunun Ankaraya gəldiyi müəyyən edilib.

O, xüsusi əməliyyyat nəticəsində ələ keçirilib.

“İbrahim” ləqəbli terrorçunun İraqdakı münaqişə bölgələrində olması, eləcə də avtomat silahdan təlim gördüyünə dair fotolar aşkarlanıb. Hazırda faktla bağlı istintaq aparılır.

Azvision.az


Teqlər: Türkiyə   İŞİD  



Xəbər lenti