Misir sakinlərinə də Çin vaksini vurulacaq

Misir sakinlərinə də Çin vaksini vurulacaq
  03 Yanvar 2021    Oxunub:1556
Misirdə Çinin Sinopharm şirkətinin hazırladığı COVID-19 əleyinə peyvəndin istifadəsi təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə Çin KİV-ləri Misirin Səhiyyə naziri Halu Zayedə istinadən məlumat yayıblar.

Nazir bildirib ki, şirkətin peyvəndlərindən ibarət 4 test keçirilib və dərmanın təhlükəsizliyi təsdiqini tapıb. O, həmçinin əlavə edib ki, yaxın günlərdə peyvəndlərin ikinci partiyası Misirə gətiriləcək. Ölkə vətəndaşlarının peyvənd olunmasına yanvar ayından sonra başlanılmalıdır.

Qeyd edək ki, Misirdə pandemiya dövründə azı 140,8 min yoluxma aşkar edilib, 7,7 mindən çox COVID-19 xəstəsi ölüb, 113,4 mindən çox insan isə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Misir   COVID-19  



Xəbər lenti