Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu ötdü

  Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu ötdü
  03 Yanvar 2021    Oxunub:2701
Dünyada COVID-19 virusuna yoluxanların sayı 85 milyon nəfəri ötüb.

Azvision.az Worldometer saytına istinadən xəbər verir ki, yanvarın 2-də dünya ölkələri üzrə 551 min 875 yeni yoluxma halı qeydə alınıb, 8296 nəfər infeksiyadan dünyasını dəyişib.
Bununla da koronavirusa yoluxanların ümumi sayı 85 milyon 34 min nəfərə, ölənlərin sayı isə 1 milyon 844 min 859-a çatıb.

İndiyədək 60 milyon 166 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 23 milyon xəstədən 106 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxmaların təxminən 23 faizi ABŞ-ın payına düşür. Bu ölkədə 20 milyon 904 min nəfər infeksiyaya yoluxub. İkinci sırada yerə alan Hindistanda 10 milyon 324 min, Braziliyada 7 milyon 716 min, Rusiyada 3 milyon 236 min, Fransada isə 2 milyon 643 min yoluxma aşkar edilib.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti