Ermənistan türk məhsullarını İran malları ilə əvəz edir
Azvision.az xəbər verir ki, bunu İranın Ticarətin Təşviqi Təşkilatının rəsmi nümayəndəsi deyib. Bildirilib ki, Ermənistan 2250 adda türk malını İran məhsulları ilə əvəzləmək niyyətindədir.
Xatırladaq ki, yanvarın 1-dən Ermənistanda türk mallarının idxalına 6 aylıq müvəqqəti qadağa qüvvəyə minib. Qərar oktyabr ayında verilsə də, ticarət şirkətlərinə türk məhsullarını əvəz edə bilmələri üçün vaxt verilib.
Ermənistan son illərdə Türkiyədən təxminən 250 milyon dollarlıq məhsul idxal edib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Türkiyə Ermənistan idxal







Vaxtında, Aydın, Lazımlı!


