Əfqanıstanda növbəti partlayış - 5 ölü, 2 yaralı

Əfqanıstanda növbəti partlayış -   5 ölü, 2 yaralı
  03 Yanvar 2021    Oxunub:2141
Əfqanıstanın şərqində Kapisa vilayətində bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tolo News telekanalı Kapisa əyalətinin başçısı Məhəmməd Hüseyn Sancaniyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə bazar günü Sayyad bazarında baş verib. Qurbanların arasında Əfqanıstanın paytaxtı Kabildən Kapisaya gedən əyalət üləması (ilahiyyatçılar) məclisinin rəhbərinin olduğu da bildirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan   partlayış  



Xəbər lenti