Paşinyan Rusiyanın köməyinə ümid edir

 Paşinyan Rusiyanın köməyinə ümid edir
  03 Yanvar 2021    Oxunub:1605
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçukla görüşüb. O, görüşdə Ermənistan-Rusiya əməkdaşlığı və Qarabağdakı vəziyyəti müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Rusiyanın Qarabağdakı hərbi əməliyyatların dayandırılmasında və atəşkəsin təmin edilməsində böyük rol oynadığını vurğulayıb. O, Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin mövcudluğunun təhlükəsizliyin vacib amili və qarantı olduğunu diqqətə çatdırıb.

Paşinyan və Overçuk Dağlıq Qarabağdakı mövcud vəziyyəti, həmçinin humanitar yardım, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi məsələsini müzakirə ediblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti