Xəstəxanada saxlanılan vaksin yararsız çıxdı

Xəstəxanada saxlanılan vaksin yararsız çıxdı
  03 Yanvar 2021    Oxunub:1805
Estoniyanın Rapla xəstəxanasında Pfizer və BioNTech şirkətlərinin 20 dozaya qədər koronavirus əleyhinə peyvəndi saxlanma qaydalarına riayət edilmədiyinə görə yararsız hala düşüb.
Azvision.az xəbər verir ki, bu barədə xəstəxananın rəhbəri Pille Mukk bildirib. Onun sözlərinə görə, mənfi 70 dərəcədə saxlanılmalı olan peyvənd xəstəxanada otaq temperaturunda olub. Bu halda vaksindən istifadə oluna bilməz.

Qeyd edilib ki, koronavirus peyvəndinin ilk partiyası Estoniyaya dekabrın 26-da gətirilib. 9750 doza vaksinlə 4875 nəfərin peyvənd olunması nəzərdə tutulub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Estoniya   vaksin  



Xəbər lenti