“Koronavirusa yoluxma sayı həddən artıq şişirdilib” - Tramp

 “Koronavirusa yoluxma sayı həddən artıq şişirdilib” -  Tramp
  03 Yanvar 2021    Oxunub:1542
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bildirib ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin istifadə etdiyi "cəfəng sayma" metoduna görə Birləşmiş Ştatlarda koronavirusdan ölüm və yoluxma sayı həddən artıq şişirdilib.
Azvision.az xəbər verir ki, Tramp bu barədə "Tvitter" hesabında yazıb.

"Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin digər ölkələrlə müqayisədə gülməli sayma üsulu sayəsində Çin virusundan ölüm və yoluxma sayı ABŞ-da çox şişirdilib. Bunların çoxu bilərəkdən edilir. Şübhə doğurursa, COVID adlandırın. Saxta xəbərlər!", - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 20,4 milyonu keçib, 350 mindən çox insan ölüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: COVID   ABŞ  





Xəbər lenti