Terrorçular 75 dinc sakini qətlə yetirib

Terrorçular 75 dinc sakini qətlə yetirib
  04 Yanvar 2021    Oxunub:1181
Nigerin Mali ilə sərhəd vilayətində yerləşən kəndlərdə “Boko Haram” terror təşkilatı tərəfindən 75 dinc sakin qətlə yetirilib.
Azvision.az xəbər verir ki, bu barədə Niger hökuməti rəsmi açıqlama yayıb.

Məlumata görə, terrorçu qruplaşma daha 20 mülki şəxsi yaralayıb.

Nigerin daxili işlər naziri Alkaçe Alhada bildirib ki, hazırda ərazidə “Boko Haram”a qarşı genişmiqyaslı antiterror əməliyyatı həyata keçirilir. Terror təşkilatının qətllər törətdiyi Nigeriyada da yaraqlıların düşərgələrinə hava hücumları həyata keçirilib.

Azvision.az


Teqlər: Niger  





Xəbər lenti