Dünyada koronavirusa yoluxma kəskin artdı

 Dünyada koronavirusa yoluxma kəskin artdı
  04 Yanvar 2021    Oxunub:1808
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 85 milyon 505 min 963 nəfərə çatıb.

Azvision.az Worldometer saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 850 min 711 nəfərdir. İndiyədək 60 milyon 455 min 529 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, ötən sutka ərzində 740 221 nəfər koronavirusa yoluxub, 12 502 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti