Suriyada avtobuslara terror hücumu: 9 nəfər öldü

Suriyada avtobuslara terror hücumu:  9 nəfər öldü
  04 Yanvar 2021    Oxunub:1300
Suriyanın Həma əyalətində üç avtobusa edilən terror hücumu zamanı azı doqquz nəfər həlak olub.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, hadisə Salamiya-Atraya avtomobil yolunda baş verib.

Vilayətin qubernatoru Tarek Kreyşati bildirib ki, Suriya hərbçiləri artıq yola nəzarəti bərpa edib. Təcili yardım maşınları yaralıları xəstəxanalara çatdırıb. Həlak olanların hamısı mülki şəxslərdir.

Terrorçular ötən ilin dekabrından xüsusilə Hələb, Həma və Rakkada hücumları nəzərəçarpacaq dərəcədə artırıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Terror  





Xəbər lenti