Barens dənizində batan balıqçıların axtarışı dayandırıldı

Barens dənizində batan balıqçıların axtarışı dayandırıldı
  04 Yanvar 2021    Oxunub:1354
Barens dənizində batan "Oneqa" balıqçı gəmisinin ekipaj üzvlərinin axtarışı dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, zərərçəkənlər və axtarış obyektləri tapılmayıb. Axtarış işləri dayandırılıb.

"Oneqa" balıqçı gəmisi ötən il dekabrın 28-də Arxangelsk əyalətinin Novaya Zemlya arxipelaqı yaxınlığında batıb. Gəmidəki 19 nəfərdən yalnız ikisini xilas etmək mümkün olub, 17 dənizçi ölüb. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Barensdənizi   Gəmi  



Xəbər lenti