Pakistanla Özbəkistan arasında yeni dəmir yolu tikilir

Pakistanla Özbəkistan arasında yeni dəmir yolu tikilir
  04 Yanvar 2021    Oxunub:1157
Pakistanla Özbəkistan arasında yeni Transəfqanıstan dəmir yolu dəhlizi yaradılır.
Azvision.az xəbər verir ki, Pakistanın Baş naziri İmran Xan dəhlizin tikinti layihəsini təsdiq edib. Beynəlxalq maliyyə institutlarının bu layihəyə 4,8 milyard dollar dəyərində vəsait ayırması planlaşdırılır.

Baş nazirinin Ticarət və investisiya üzrə müşviri Razzak Dovud bildirib ki, layihənin həyata keçirilməsi üçün şərtlər Özbəkistanla razılaşdırılıb, indi Əfqanıstan tərəfi ilə danışıqlar davam edir:

“2021-ci ilin yanvarında Özbəkistana səfər etməyi planlaşdırıram. Hesab edirəm ki, layihə ixracatımızın həcmini artırmağa xidmət edəcək”.

Pakistanın Nəqliyyat naziri Azam Xan Svatın sözlərinə görə, yeni dəmir yolu xətti ilə hər iki istiqamətə sərnişin və yük daşınmaları nəzərdə tutulur.

Bundan əvvəl Pakistan Çinlə 2655 km uzunluğunda dəmir yolu tikintisi ilə iqtisadi dəhliz yaratmağa başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Özbəkistan   Dəmiryolu  





Xəbər lenti