Ermənistanda koronavirusdan ölüm sayı 2864-ə çatdı

 Ermənistanda koronavirusdan ölüm sayı 2864-ə çatdı
  04 Yanvar 2021    Oxunub:1613
Ermənistanda son sutka ərzində daha 193 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 160 220 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2864-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 691 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  



Xəbər lenti