Rusiya FHN Ağdamı minalardan təmizləyəcək

 Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
  04 Yanvar 2021    Oxunub:1400
Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdam bölgəsində ərazilərin minalardan təmizlənməsini həyata keçirəcək.

Azvision.az "TASS"a istinadən xəbər verir ki, qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir.
Bundan əlavə, robotlarla işləyən 3 kompleks də göndərilib.

“4 yanvarda xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək”, - deyə məlumatda qeyd olunub.

Bütün heyət koronavirus testindən keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti