Ermənistanda vəzifəli şəxsin evi qarət edildi

 Ermənistanda vəzifəli şəxsin evi qarət edildi
  04 Yanvar 2021    Oxunub:1937
Ermənistanda naməlum şəxslər Səhiyyə Nazirliyinin baş mütəxəssisinin evini qarət ediblər.
Azvision.az xəbər verir ki, oğurluq hadisəsi 31 dekabrda - Yeni il gecəsi baş verib.

Məlumata görə, vəzifəli şəxsin evindən külli miqdarda pul, qızıl zinət əşyaları, saatlar və pnevmatik silah oğurlanıb.

Faktla bağlı 23 yaşlı İrəvan sakini Sergey Şirinyanın müraciəti əsasında cinayət işi açılıb, araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Oğurluq  





Xəbər lenti